O əslində bir vəkildir ... Eyni zamanda psixoloq olmaq üçün çalışan ehtiraslı bir gözəldir. Amma hər kəs onu seksual müğənni olaraq tanıyır. Ebru Polatın “Boxer” jurnalına verdiyi müsahibəni Vətəninfo.az təqdim edir:
-Gözəl olmaqla seksual olmağın fərqi nədir?
- Məndən "Hansı olmaq istəyərdin?" deyə soruşsanız qətiliklə "Seksual olmaq istəyərdim" deyərəm. Çünki gözəllik nisbi bir anlayışdır, amma seksual hər kəsə görə seksualdır. Seksual insanla dəlicə bir eşq yaşayarsınız, gözəl insanla yalnız sevgi yaşayarsınız. Təbii bu mənim fikrimdir ...
- Meşədə tək qalsaydınız, bir həftə vəhşi təbiətdə yaşaya bilərdinizmi?
- Qalmaq məcburiyyətindəyəm, başqa seçimimmi var? Təbii ki qalaram amma düşünməsi belə pisdir ...
-Heç məktəbdə cəzalandırılmısınız?
- Bəli, ibtidai sinifdə üç qız şəbəkə qurub digər uşaqlara kobudluq etmişdik. İbtidai sinifdə belə bir uşaq idim. Orta məktəb, lisey və universiteti siz düşünün.
-Sizcə bir kişinin ən seksual halı hansıdır?
- Yuxudakı halıdır. Seksual kişi hər zaman seksualdır əslində ...
- Sizin kişiyə xas xüsusiyyətiniz hansıdır?
- Davaçı olmağımdır. Çox sevimliyəm, amma beş dəqiqədə hər şeyi dağıda bilərəm.
- Həyatınızdan bir qidanı tamamilə çıxarmaq gərəksə nəyi düşünmədən çıxararsınız?
- Qırmızı əti heç düşünmədən çıxararam həyatımdan, onsuz da çıxarmışam da ... İllərdir qırmızı ət yemirəm.
-Bu günə qədər yediyiniz ən iyrənc şey nə idi?
- Sevgilimin bişirdiyi bibər dolması həqiqətən dəyişik bir dada sahib idi. Amma heç birüzə verməmişdim, mənim üçün o qədər əziyyət çəkmişdi.
- Heç adam ağlatmısınızmı?
- Bəli ağlatmışam. Çox kədərli bir vəziyyətdir, çox peşman olmuşdum. Hələ təəssüf edirəm belə bir şey yaşatdığım üçün ... Nə ağlamağı, nə də ağlatmağı xoşlayıram. Münasibətlərimdə həmişə dinclikdən və gülməkdən yanayam.
- Həqiqətən bir adamı sevsəniz, edəcəyiniz şey nədir?
- Edəcəyəm deyil, edə bilməyəcəyim şey yoxdur. Amma mən əsla axmaq aşiq olmaram, nə qədər sevsəm də edə biləcəklərim ölçülüdür. Çünki hər kəsdən əvvəl özümü sevirəm. Yəni seçim edənlərdənəm. Bu günə qədər heç bir kişi üçün fədakarlıq etmədim.
-Xəyalınızdakı iş nədir?
- Xəyalımda üç iş var. Hal-hazırda ikisinə sahibəm. Vəkillik və müğənnilik. Yaxında da psixoloq olacağam; qərarlıyam.
-Gizli qabiliyyətiniz nədir?
- Altıncı hisslərim çox qüvvətlidir. Bir çox şeyi hiss edərəm əvvəldən ...
-Heç müəlliminizə aşiq oldunuzmu?
- Asla olmadım. Açıqcası olanları da sevmirəm.
-Hal-hazırda bank hesabınızda nə qədər pul var?
- Heç pulum yoxdur. Qazandığım hər pulu təkrar işiməxərcləyirəm.
- Tanışlıq məqsədi ilə qurulan cümlələrdən hansıları qəbul etməzsiniz?
- "Salam, tanış ola bilərikmi?" deyən adam məni əvvəldən itirmiş olur. Dünyanın ən özəl qadını olduğumu mənə hiss etdirməlidir. Amma uzun müddətdir sevgilim yoxdur. Deyəsən bəyənməz oldum heç kimi.
-İlk dəfə sevgilinizlə nə etmişdiniz?
- Çox həyəcanlanmışdım. Hələ 13 yaşındaydım. Məni çox günahsız öpəcəkdi. Bir gün əvvəlindən razılaşmışdıq, sabah qəti bir-birimizi öpəcəyik deyə ... Sabahısı gün bir-birimizi bir saniyə öpə bilmək üçün qorxudan və həyəcandan üç saat gözləmişdi. Uşaqlıq idi. Nə qədər gözəl günlərdi. Hər şey çox saf və təmiz idi. O, ilk aşkım ilə indi çox yaxşı iki yoldaşıq.
-İzmirli bir ailənin qızısınız. Bir az ailənizdən və uşaqlığınızdan bəhs edərsinizmi?
- İzmirli olmağı çox sevirəm. Həyata 1-0 qabaqda başlayırsınız. Çünki İzmirdə biz daha uşaq yaşlardan etibarən azad və özünəgüvənən insan kimi böyüdürlər. Fərqindəsinizsə, sənətçilərin əksəriyyəti İzmirdən çıxır. İzmir inanılmaz gözəl və elit bir şəhərdir. Yaxşı ki, orada doğulmuşam. Buradan da anlayacağınız kimi son dərəcə müasir və məni hər mövzuda dəstəkləyən bir ailəyə sahibəm. Hər mövzuda arxamdalar və mənə sonsuz etibarları vardır. Buna görə çox ərköyün bir uşaqlıq keçirdim.
- Hüquq Fakültəsini qurtarmısınız, sonra İngiltərədə bir musiqi məktəbinə getmisiniz. Necə oldu bu keçid?
- Uşaqlığımdan bəri məktəbdə mahnı oxuyurdum. Lakin hüquq və psixologiya sahəsinə marağım vardı. Həyatımda istədiyim üç peşə vardı və özümə kiçikkən söz vermişdim, bu üç peşəyə də bir gün sahib olacağam deyə. İndi həm vəkil, həm də insanların sevdiyi bir müğənniyəm. Bu il üçüncü arzumu reallaşdıracam. Ona görə özümlə qürur duyuram. İngiltərədə qısa bir dövr musiqi təhsili aldım. Hal-hazırda bir vəkiləm, amma müğənni olduğum müddətdə peşəmi icra etməyim qadağındır.
Könül İbrahim
Vətəninfo.az