Bir neçə gün əvvəl redaksiyamızın poçtuna maraqlı bir məlumat daxil olmuşdu.Məlumatda bildirilirdi ki, Bakı Şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Təzə Bazar»ın qanuni sahibi və mülkiyyətçisi olan Vaqif Şıxəliyev məhkəmələrin ədalətsiz qərarlarından sonra üüquqlarını itirmək üzrədir. Bu xəbəri dəqiqləşdirən zaman əlavə faktlar da əldə etdik. Məlum oldu ki, əslində bir sıra istiqamətlərdə bazarın gerçək sahibi olaq Vaqif Şıxəliyev haqlıdır. Çünki bazarın ilk mülkiyyətçisi olaraq Vaqif Şıxəliyevin əlində bütün səhm sənədləri, təsisçilik hüquqları var. Buna baxmayaraq bazarın ələ keçirilməsi üçün əlindən gələni edən Məmmədağa İbrəhimov çalışır ki, ən müxtəlif və qanunsuz yollarla ələ keçirsin. Apardığımız araşdırmalar zamanı ortaya kifayət qədər ilginc faktlar da çıxıb. Bu faktlardan biri də bazarın ələ keçirilməsi üçün hakimlərlə anlaşan Məmmədağa İbrəhimovun hakimlərlə anlaşmasına dairdir. Məlumatda bildirilir ki, Məmmədağa İbrəhimovu Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Süleyman oğlu Hüseynov da əlindən gəldiyi qədər müdafiə edir: "Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov demək olar ki, Məmmədağa İbrəhimovun bəzi işlərində bəzi adamlarla görüşlərində bir nömrəli xahişçidir". Mənbənin məlumatından sonra adıçəkilən hakim barəsində kiçik araşdırma apardıq və bu zaman məlum oldu ki, onun 3 övladı - 1 oğlu və 2 qızı var. Bu haqda “Atasız uşaqlar” yazısında bəhs edəcəyəm. Beləliklə də eyni əqidəli insanlar bir-birini tez tapır. Amma biz hələ ki, bu məsələni çox şişirtmirik... "Təzə Bazar" MMC-nin həmtəsisçisi Məmmədağa İbrəhimovun Bakı Apellyasiya Məhkəməsinin sədri İman Məmməd oğlu Nağıyevin adından istifadə etdiyini deyən mənbənin sözlərinə görə, o, bu yolla işin ədalətli həllinə mane olmağa və şəriki Vaqif Şıxalıyevi neytrallaşdırmağa çalışır: "Məmmədağa İbrəhimov az qala hər yerdə deyir ki, məni Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev müdafiə edir və buna görə də heç kim qarşımda tab gətirə bilməz. Deyir ki, elə buna görə də məhkəmələr onun xeyrinə qərar çıxaracaqlar". Bizsə öz növbəmizdə, inanmırıq ki, İman Nağıyev adıçəkilən şəxsi bu və digər formada müdafiə etsin. Çünki o, daim haqqın, ədalətin, hüququn yanında olub. Bu faktı dərc edəndən sonra redaksiyamızla əlaqə saxlayan Sabirabad sakinlərindən biri iddia edib ki, əslində Məmmədağa İbrəhimov Vaqif Şıxəliyev tərəfindən ora bir icraçı kimi təyin edilib. «Uzun müddət Məmmədağa İbrəhimov bazarı işlətməklə məşğul olub. Onun təsisçilik, mülkiyyət hüquqi ilə bağlı bazara heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq bir zamanlar bazarı işlətmək üçün Vaqif müəllim ona həvalə edib. İllər keçəndən sonra isə Vaqif Müəllim mülkünün rəsmən tam səhmləşdirilməsini və öz tabeçiliyinə keçirilməsini istəyib. Hətta o zaman əziyyəti olduğuna görə, Məmmədağa İbrəhimova təklif edilib ki, bazarda ona da müəyyən qədər səhm veriləcək. Təbii ki, əsas nəzarət səhm paketi mülkiyyətçi, Vaqif Şıxəliyevin əlində olmaq şərtilə. Bu zaman bazarı işlədən və sadəcə icraçı funkisyasını yerinə yetirən Məmmədağa İbrəhimov etiraz edib və elə o gündən də başlayıb bazarın sənədlərini müxtəlif yollarla adına keçirməyə cəhd etməyə» deyə bizimlə əlaqə saxlayan sabirabadlı oxucumuz bildirdi. Bir müddətdir ki, Nəsimi Rayon Məhkəməsinin hakimi İkram Şirinovun verdiyi qərarların müəyyən hissəsinin ədalətsiz olması və tərəflərdən birinin mövqeyini açıq şəkildə müdafiə etməsi barədə yazılar mətbuatda dərc olunur. Bu hakim tərəfindən çıxarılan qərarların düzgün olmadığı barədə artıq bir sıra iddialar da ortaya çıxmağa başlayıb. Bu günlərdə GUNDEMİNFO.AZ-ın elektron poçtuna kifayət qədər maraqlı bir fakt daxil olub. Belə ki, İkram Şirinovun 14 aprel 2010-cu il tarixdə çıxardığı qərar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən doğru qəbul olunmadığı üçün qismən qüvvədən düşüb. İkram Şirinov sözügedən tarixdə iddiaçı İbrəhimov Məmmədağa Əlimürsəl oğlunun cavabdeh Şıxalıyev Vaqif Hacalı oğluna qarşı "təsis müqaviləsinin, cəmiyyətin təsis edilməsi haqqında təsisçilərin qərarının, yeni təsisçinin daxil olması ilə bağlı nizamnaməyə edilmiş dəyişikliyin və həmin dəyişikliyin hüquqi şəxslərin dövlət reyestrində qeydinin etibarsız hesab edilməsi" tələbinə dair ilkin iddiasını təmin edib. Bakı Apellyasiya Məhkəməsi isə işə baxdıqdan sonra həmin qərarın qismən qüvvədən düşməsi barədə yeni qərar çıxarıb. Eyni zamanda, Ali Məhkəmənin Mülki Kollegiyası da Nəsimi Rayon Məhkəməsinin hakimi İkram Şirinovun qəbul etdiyi qərarın ədalətsiz olduğu qənaətinə gəlib. Çünki hakim "Təzə Bazar" MMC ilə bağlı məsələdə qəbul etdiyi qərarı ilə açıq və aydın şəkildə iddiaçının - Məmmədağa İbrəhimovun maraqlarını müdafiə edib. Halbuki cavabdeh Vaqif Şıxalıyev "Təzə Bazar" MMC-nin 50 faiz payı olan həmtəsisçisidir. Və Azərbaycan Respublikası Mülki Məcəllənin 91-ci maddəsinə əsasən o, MMC-nin idarəçiliyində iştirak etmək hüququna malikdir. Bu hüququ onun əlindən heç kim ala bilməz. Odur ki, bu və digər halları nəzərə alaraq qəti şəkildə demək olar ki, Nəsimi Rayon Məhkəməsinin hakimi İkram Şirinovun qəbul etdiyi sözügedən qətnamə tam əsassızdır. Hətta hakim Etibar Hümbətov Vaqif Şıxalıyevin xəbəri olmadan əmlakın bölünməsi barədə qərar qəbul edib Məlumatda o da vurğulanır ki, «Təzə Bazar» MMC-nin illik hesabatları Vaqif Şıxalıyevdən gizlədilib və zəruri sənədlər ona göstərilməyib. Əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, sözügedən müəssisənin gəlirlərinin üstünün açılmaması üçün Məmmədağa İbrəhimov bu yaxınlarda yeni iddia ərizəsilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib: "Nəsimi Rayon Məhkəməsinin hakimi Etibar Zülfüqar oğlu Hümbətov isə öz növbəsində, 21 may 2012-ci il tarixdə tələm-tələsik MMC-nin həmtəsisçisi Vaqif Şıxalıyevin iştirakı olmadan Məmmədağa İbrəhimovun xeyrinə mülkün bölünməsi barədə qərar çıxarıb. Hakimin qəbul etdiyi qətnaməyə görə, "Təzə Bazar" MMC-nin mülkiyyətində olan Nəsimi rayonu, S.Vurğun küçəsi 73 ünvanında 15707 ha torpaq sahəsində yerləşən 6259,9 kvadratmetr ümumi sahədən ibarət əmlak kompleksindən nizamnamə kapitalında əmlak payına uyğun torpaq hissəsinin "B" zonası Salatın Əsgərova küçəsindən S.Vurğun küçəsinə tərəf, S.Vurğun küçəsinə paralel 84,8 metr, Mərdanov Qardaşları küçəsinə paralel 44 metr istiqamətində 7853,5 kvadratmetr torpaq sahəsi və üzərində olan əmlak kompleksinin 3129,95 kvadratmetr ölçüdə natura qaydasında ayrılaraq Məmmədağa İbrəhimovun mülkiyyətinə və sahibliyinə verilib". Buradan da aydın şəkildə görünür ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Etibar Hümbətov həmkarı İkram Şirinovun yolu ilə gedib və məhz Məmmədağa İbrəhimovun xeyrinə qərar qəbul edib. Ən maraqlı məqam ondadır ki, hakim qarşı tərəfin - sözügedən mülkün sahibinin iştirakı olmadan sanki gizli şəkildə qətnamə qəbul edib. Apardığımız araşdırmalar zamanı ortaya kifayət qədər ilginc faktlar da çıxıb. Bu faktlardan biri də bazarın ələ keçirilməsi üçün hakimlərlə anlaşan Məmmədağa İbrəhimovun hakimlərlə anlaşmasına dairdir. Məlumatda bildirilir ki, Məmmədağa İbrəhimovu Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Süleyman oğlu Hüseynov da əlindən gəldiyi qədər müdafiə edir: "Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov demək olar ki, Məmmədağa İbrəhimovun bəzi işlərində bəzi adamlarla görüşlərində bir nömrəli xahişçidir". Mənbənin məlumatından sonra adıçəkilən hakim barəsində kiçik araşdırma apardıq və bu zaman məlum oldu ki, onun 3 övladı - 1 oğlu və 2 qızı var. Bu haqda “Atasız uşaqlar” yazısında bəhs edəcəyəm. Beləliklə də eyni əqidəli insanlar bir-birini tez tapır. Amma biz hələ ki, bu məsələni çox şişirtmirik... "Təzə Bazar" MMC-nin həmtəsisçisi Məmmədağa İbrəhimovun Bakı Apellyasiya Məhkəməsinin sədri İman Məmməd oğlu Nağıyevin adından istifadə etdiyini deyən mənbənin sözlərinə görə, o, bu yolla işin ədalətli həllinə mane olmağa və şəriki Vaqif Şıxalıyevi neytrallaşdırmağa çalışır: "Məmmədağa İbrəhimov az qala hər yerdə deyir ki, məni Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev müdafiə edir və buna görə də heç kim qarşımda tab gətirə bilməz. Deyir ki, elə buna görə də məhkəmələr onun xeyrinə qərar çıxaracaqlar". Bizsə öz növbəmizdə, inanmırıq ki, İman Nağıyev adıçəkilən şəxsi bu və digər formada müdafiə etsin. Çünki o, daim haqqın, ədalətin, hüququn yanında olub. Bu faktı dərc edəndən sonra redaksiyamızla əlaqə saxlayan Sabirabad sakinlərindən biri iddia edib ki, əslində Məmmədağa İbrəhimov Vaqif Şıxəliyev tərəfindən ora bir icraçı kimi təyin edilib. «Uzun müddət Məmmədağa İbrəhimov bazarı işlətməklə məşğul olub. Onun təsisçilik, mülkiyyət hüquqi ilə bağlı bazara heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq bir zamanlar bazarı işlətmək üçün Vaqif müəllim ona həvalə edib. İllər keçəndən sonra isə Vaqif Müəllim mülkünün rəsmən tam səhmləşdirilməsini və öz tabeçiliyinə keçirilməsini istəyib. Hətta o zaman əziyyəti olduğuna görə, Məmmədağa İbrəhimova təklif edilib ki, bazarda ona da müəyyən qədər səhm veriləcək. Təbii ki, əsas nəzarət səhm paketi mülkiyyətçi, Vaqif Şıxəliyevin əlində olmaq şərtilə. Bu zaman bazarı işlədən və sadəcə icraçı funkisyasını yerinə yetirən Məmmədağa İbrəhimov etiraz edib və elə o gündən də başlayıb bazarın sənədlərini müxtəlif yollarla adına keçirməyə cəhd etməyə» deyə bizimlə əlaqə saxlayan sabirabadlı oxucumuz bildirdi. Araşdırmalarımız davam edir.