"Xəzər-Lənkəran"dan rəsmi açıqlama

"Xəzər-Lənkəran"dan rəsmi açıqlama

"Son günlər Arşavin məsələsi yaman gündəmə gəlib. Toşak kimi ünlü baş məşqçinin "Xəzər Lənkəran"a gəlməsi klubun növbəti mövsüm üçün iddialarından xəbər verir və niyə görə də Arşavin transferi baş tutmasın?".

Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev deyib. 

"Ağ-yaşıllar"ın rəsmisi Arşavin transferinin rellaşmasını istisna etmir:

"Düzdü, məndə bu barədə bir məlumat yoxdu. Ancaq deyə bilərəm ki, gələn il komandanın çempion olmaq istəməsi və  klub rəhbərliyinin Toşaka transfer məsələlərində dəstək olmasını nəzərə alsaq, Arşavin və onun səviyyəsində ulduz futbolçuların "Xəzər Lənkəran"a transferi mümkündü".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az