Qusarda ana 5 yaşlı qızını öldürdü

Qusarda ana 5 yaşlı qızını öldürdü
Qusarda azyaşlı qətlə yetirilib.

Bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Taypullayeva qızı, 2012-ci il təvəllüdlü Taypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Taypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

G. Taypullayeva tutulub, faktla bağlı araşdırma aparılır. //Apa
 
Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az