"Quska"nı Türkiyədə tutub, Bakıya gətirdilər - günün sensasiyası



Azərbaycandan qaçan Hüseyn Abdullayev cinayətlərinə görə cavab verəcək
 
Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, "Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Bu barədə "Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb. O, bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az