RATİ BƏYANAT YAYDI

RATİ  BƏYANAT YAYDI

“Xəyal”TV-nin əməkdaşları azadlığa buraxılmalıdırlar

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu regional “Xəyal” televiziyasının əməkdaşları olan Vüqar Qonaqov və Zaur Quliyevin həbslərini pisləyir  və hakimiyyətin bu addımını ifadə azadlığına basqı kimi qiymətləndirir. Bu fikirlər “Vətəninfo”ya daxil olan  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun  bəyanatında qey olunub. Bəyantda deyilir ki, martın 13-də  “Xəyal” telekanalının icraçı direktoru Vüqar Qonaqov və  baş redaktor Zaur Quliyev Quba şəhərində  hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq Bakıya gətirilib. Vüqar Qonaqov və Zaur Quliyev haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi tərəfindən irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2 (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi açılıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə hər iki media nümayəndəsi haqqında 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. RATİ qeyd edir ki, adı çəkilən jurnalistlərin həbsi çox gizli şəraitdə keçirilib. Faktiki olaraq dünənə qədər jurnalistlər kim tərəfindən və nəyə görə saxlanılmağı nə jurnalistlərin qohumları, nə də həmkarlarına bildirilməyib.  Saxlanıldıqları  andan jurnalistlərin yanına onların  öz istədikləri vəkilləri də buraxılmır. Bu gün Vüqar Qonaqovun vəkili  Elçin Sadıqov bütün zəruri sənədləri təqdim etsə də ona görüş verilməyib. Digər acınacaqlı  faktda ondan ibarətdir ki barələrində həbs qətimkan tədbiri seçilən şəxslər dərhal Kürdəxanı istintaq təcridxanasına köçürülməlidirlər, lakin jurnalistlər hələ də   Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılırlar. Bəyatanda deyilir ki, həmin idarədə saxlanılan şəxslərə işgəncələr verilməklə xüsusi tanınır: “RATİ hesab edir ki, jurnalistləri Quba rayonun sabiq icra başçısı Rauf  Həbibovun çıxışını “Youtube”da yayımlamaqda şübhəli bilərək  həbs etdilər. Məhz bu çıxışların internetdə yayımlanması matın 1-də Qubada kütləvi etiraz aksiyalarına səbəb oldu.  Belə ki, bu gün Azərbaycan telekanalları hamısı hakimiyyətin faktiki nəzarəti altındadır. Amma bu telekanallarda çalışan bəzi jurnalistlər əldə etdikləri və ənənəvi televiziyada senzura baxımdan yayımlaya bilmədikləri video görüntüləri “Youtube” və digər video hostinqlər vasitəsilə internetdə yayımlayırlar. RATİ hesab edir ki,  hətta kütləvi etiraz aksiyalarına səbəb olan videoların yayımlanmasına görə jurnalistləri həbsə atmaq  yolverilməz haldır .  Avropa İnsan Haqları üzrə Məhkəmə presidentlərinə əsasən də jurnalist hətta cəmiyyəti şoka sala biləcək məlumatların yayılmasında tam haqlıdır və bu hüquq Avropa İnsan Haqları və Əsas Azadlıqları üzrə Konvensiyada da əks olunub”.RATİ-nin bəyanatında o da vurğulanır ki, bu gün Azərbaycanda saxlanılan jurnalistlərin sayı 7 nəfərə çatır. RATİ hesab edir ki, jurnalistlərə qaşı sürülmüş ittihamlar tamamilə əsassızdır və bu həbslərin arxasında hakimiyyətin jurnalistləri susdurmaq məqsədi durur. RATİ Azərbaycan hakimiyyətinə üz tutaraq saxta ittihamlarla saxlanılan Vüqar Qonaqov, Zaur Quliyevi, Əvəz Zeynallını, Aydın Canıyevi, Ramin Bayramovu, Anar Bayramlını və Ramin Dadaşovu dərhal həbsdən azad etməyə çağırır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az