Rauf Arifoğlu: Vasif Talıbovun sifarişi ilə Elbəyini oğurlayıb 3-4 gün əsir saxladılar

Rauf Arifoğlu: Vasif Talıbovun sifarişi ilə Elbəyini oğurlayıb 3-4 gün əsir saxladılar

"Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu canlı efirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov haqqında şok iddialar səsləndirib.
Miq.Az xəbər verir ki, Rauf Arifoğlu indiyədək bir çox jurnalistlərin Vasif Talıbov tərəfindən təzyiqlərə məruz qaldığını deyib:
"Bizim Elbəyi Həsənli adlı əməkdaşımız var idi. İndi İsveçdə, Sürixdə mühacirətdədir.
1999-cu ildə Səbail rayon Polis İdarəsinin rəisi Nazim Nağıyev Elbəyi Həsənlini ifadə almaq adı altında polis idarəsinə çağırdı. O zaman bizim redaksiya həmin idarəyə yaxın idi. Elbəyi redaksiyadan çıxan kimi qandalladılar. Onu təyyarəyə mindirib Naxçıvana apardılar. Elbəyini 3-4 gün əsir kimi saxladılar. Bu, Talıbovun sifarişi idi. Çünki Elbəyi onun haqqında yazı yazmışdı. Bir materiala görə Elbəyi ilə hərbi əsir kimi davranır, ona çörək-su vermirdilər".
Rauf Arifoğlu Vasif Talıbovun sifarişi ilə jurnalist İdrak Abbasovun döyüldüyünü də bildirib: "Vasif Talıbov QHT-lərə, siyasətçilərə qan uddururdu. Bax, o, belə bir şəxsdir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az