Rezidentlərin sənədlərini təqdim edəcəyi qurumların adları açıqlanıb

Rezidentlərin sənədlərini təqdim edəcəyi qurumların adları açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul olan şəxslərin sənədlərini təqdim edəcəyi qurumların adlarını açıqlayıb. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olan şəxslər Azərbayca Müdafiə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olan şəxslər Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olan şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat iyulun 22-dən 28-dək davam edəcək.

Belə ki, namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az