Dolların kursu 53 rubldan aşağı düşüb.
Trend lenta.ru-ya istinadən xəbər verir ki, bu gün səhər Mosvka birjasında ticarət sessiyasının ilk dəqiqələrində rus rublunun məzənnəsi kifayət qədər qalxıb.
Ötən günün sonu ilə müqayisədə bu gün səhər dolların məzənnəsi 1,8 rubl aşağı düşərək 53 rubl təşkil edib. Avronun məzənnəsi isə öz növbəsində 3 rubldan da çox enərək 65 rubl olub.
Rusiya valyutası 22 dekabrdan etibarən artıq ikinci sessiyadır ki, birjada güclənir. Ötən gün dollar təxminən 3, avro isə demək olar ki, 4 rubl zəifləyib.
Mütəxəssislərin fikrincə, rublun məzənnəsinin qalxması dünya bazarında neftin qiymətinin möhkəmlənməsi ilə əlaqədardır. Bundan əlavə, məzənnənin dəyişməsinə hökumətin ixracatçılarla böyük həcmdə yığılmış valyutanın satışa çıxarılmasına dair razılıq etməsi haqqında məlumatların yayılması da təsir edə bilər. Bu minvalla, bazarda əlavə olaraq gündəlik təxminən 1 milyard dollar peyda olacaq ki, bu da onun dövriyyəsinin 25 faizi deməkdir.
Qeyd edək ki, dekabrın 16-da dolların məzənnəsi 80 rubla çatmış, avro isə 100 rublluq həddi keçmişdi.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib