Rus ordusu bir günə bu qədər itki verdi – Baş Qərargah

Rus ordusu bir günə bu qədər itki verdi – Baş Qərargah

Rusiya qoşunları pilotlu təyyarələrdən daha az istifadə etməyə başlayıblar.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Son 24 saat ərzində Müdafiə Qüvvələrinin vəziyyəti və hərəkətlərinin xarakteri əhəmiyyətli dərəcədə dəyişməyib. Ukrayna Silahlı Qüvvələri və Müdafiə Qüvvələrinin digər bölmələri ələ keçirilən əraziləri saxlamağa çalışan düşmən qoşunlarının qruplarına zərbələr endirməkdə davam edir”, - açıqlamada deyilib.

Baş Qərargah qeyd edib ki, rus ordusunun pilotlu təyyarələrinin istifadəsinin intensivliyində azalma var. Raket və bomba zərbələrinin nəticələrinin effektivliyini qiymətləndirmək üçün ruslar operativ və taktiki pilotsuz uçan aparatlardan (PUA) istifadə edir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bölmələri ötən gün ərzində rus qüvvələrinin 7 hava hədəfini (1 təyyarə, 4 PUA və 2 qanadlı raket) vurub. Ukrayna bombardmançıları və hücum təyyarələri rus ordusunun texnikasına və canlı qüvvəsinə sarsıdıcı zərbələr endirib.

Baş Qərargahın məlumatına görə, Rusiya qoşunları müvəqqəti işğal olunmuş ərazilərdə yerli əhaliyə qarşı terror və talanları davam etdirir. Rus hərbçilərinin ələ keçirdikləri məişət texnikası, avtomobil, ərzaq və digər maddi resursları Rusiyaya daşıdıqları bildirilib.

Eyni zamanda, rus qoşunlarının mülki infrastruktura şəxsi heyətini, silah və texnikalarını yerləşdirməsi halları müşahidə olunur.

Baş Qərargah vurğulayıb ki, ruslar Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində məcburi səfərbərlik tədbirlərini davam etdirirlər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az