Rus ordusuna ağır zərbə: Diviziya məhv edildi

Rus ordusuna ağır zərbə: Diviziya məhv edildi

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 58-ci ordusunun raket-artilleriya xidmətinin rəisi Valentin Danilov öldürülüb.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strategiya Komitəsi məlumat yayıb.

"Şaxtersk aviabazasının HİMARS tərəfindən atəşə tutulması nəticəsində Rusiya Federasiyasının 106-cı Hava Desant Diviziyasının bütün komandir müavinləri həlak olub, biri istisna olmaqla”, - mesajda deyilib.

Bu gün Rusiya Federasiyası silahlı qüvvələrinin cənub hərbi dairəsinin 58-ci ordusunun (47084 saylı hərbi hissə, Vladiqafqaz) raket-artilleriya xidmətinin rəisi Valentin Danilov da məhv edilib.

Qeyd olunur ki, dünən gecə işğalçıların Nova Kaxovkadakı anbarlarında silsilə partlayışlar baş verib. Yerli sakinlər bildiriblər ki, Rusiya hərbçilərinin mövqelərində baş verən atəşə raketlər səbəb olub. Rusiya KİV-ləri yazır ki, Ukrayna Silahlı Qüvvələri "selitra” olduğu iddia edilən anbarı uzaq mənzilli MLRS HIMARS raketləri ilə məhv edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az