rus qırıcıları Suriyada işə düşdü, Homs bombalanır

rus qırıcıları Suriyada işə düşdü, Homs bombalanır

Rusiyanın Hərbi Hava Qüvvələri Suriyada ilk aviazərbələri endirməyə başlayıb.

Vətəninfo.az Virtualaz.org-a istinadla xəbər verir ki, məlumatı bu gün CNN yayıb. Telekanal bunu ABŞ hakimiyyət nümayəndələrinə istinadən bəyan edib.

Telekanala danışan mənbənin sözlərinə görə, ilk aviazərbələr Homs şəhəri yaxınlığındakı obyektlərə endirilib.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının üzvləri bu gün Rusiya qoşunlarından xaricdə istifadə olunmasına yekdilliklə səs veriblər.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Federasiya Şurasına müraciət edərək Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəmişdi.

Toplantıda Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, Federasiya Şurasının Müdafiə komitəsinin sədri Viktor Ozerov və Beynəlxalq Komitə sədrinin I müavini Vladimir Cabarov məruzə ilə çıxış ediblər. S.İvanov bildirib ki, bu icazə yalnız Suriyaya aiddir. Özü də söhbət yalnız Rusiya Hərbi Hava Qüvvələrindən gedir. Quru qoşunlarından istifadə istisnadır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az