Vətəninfo.az xəbər verir ki, uzun müddətdə ilk dəfə oalraq dolların məzənnəsi 38 rubl həddini keçib. ANS PRESS-in məlumatına görə, bu, Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının fonunda baş verir. Xəbər verilir ki, dünən dolların kursu 38, 02 rubla çatıb, avro isə 30 qəpik bahalaşaraq 49, 25 rubla bərabər olub. Valyuta səbətinin dəyəri son məlumatla müqayisədə 27 qəpik artaraq 43, 07 rubla yüksəlib. Beləliklə, valyuta səbətinin qiyməti mart ayındakı 43, 21 rubl təşkil edən rekord səviyyəyə yaxınlaşıb.
Xatırladaq ki, ötən cümə günü Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı yeni sanksiyalarını elan ediblər. Bu sanksiyalar Rusiyanın “Rosneft”. “Transneft” və “Qazpromneft” kimi enerji nəhənglərini, habelə aralarında Sberbank və VTB olan daha beş bankı əhatə edir. Vaşinqton və Brüssel bu şirkətlərin kreditlərə çıxışını və onların aksiya və qiymətli kağızlarının dövriyyə müddətini məhdudlaşdıran tədbirləri gücləndirib. Bundan əlavə rublun kursuna Çindən alınan statistik məlumatlara görə neft qiymətlərinin düşməsi mənfi təsir göstərib. Avqust ayında Çində istehsalat templəri 6, 9 faiz yavaşıyıb.
Qeyd edək ki, London birjasında ICE Futures məzənnələri üzrə oktyabr ayı üçün Brent markalı neftin füçers qiyməti 96, 57 dollar təşkil edib. 38 rubl Amerika valyutasına nisbətdə son illərin ən yüksək aşağı göstəricisidir.
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib