Rusiya azərbaycanlı gəncin qəhrəmanlığından danışır FOTO

Rusiya azərbaycanlı gəncin qəhrəmanlığından danışır FOTO

Vahid piyada faciəsinin qarşısını ala bilib

Azərbaycanlı kişi Moskvada rusları faciədən xilas etdi. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, ötən gün axşam saatlarında sükan arxasına keçən sərxoş sürücü faciəyə səbəb olub. 31 yaşlı Sergey adlı sürücü Altufevski şossesində ölüm saçıb.

İşıqforun qırmızı işığında yola çıxan sürücü yolu keçən 3 nəfərlik ailəni vurub. Nəticədə 3 yaşlı uşaq bir neçə metr kənara düşüb. Maksim adlı azyaşlı aldığı xəsarətlərdən ölüb. Onun anası 28 yaşlı Oksana, atası 29 yaşlı Pavel isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onların yanlarında olan ana və qızı isə xoşbəxtlikdən xəsarət almayıb.

Sürücü o dərəcədə sərxoş olub ki, piyadaların üzərindən keçdikdən sonra belə maşını saxlamayıb və yoluna davam edib, gizlənməyə çalışıb. 

Onun yeni bir faciə törətməsinin qarşısını isə azərbaycanlı gənc alıb. Taksi sürən 29 yaşlı Vahid Abışev sürücünün maşını saxlamadığını gördükdə dərhal onun arxasınca gedib. Qostinıçnıy küçəsində qəza törədən "Skoda"nın qarşısını kəsərək onu saxlaya bilib. Vahid onu çətinliklə maşınından çıxararaq öz avtomobili ilə qəza yerinə gətirib və polisə təhvil verib.
Qəza törədən sürücü
Qəza törədən sürücü
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az