Rusiya Ermənistana yenidən silahlar ötürür-Regionda aqressiya

Rusiya Ermənistana yenidən silahlar ötürür-Regionda aqressiya

KTMT baş katibliyinin Ermənistana verilməsi, regionda artan Rusiyanın aqressiyasının tərkib hissəsidir.

"Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında Ermənistan nümayəndəsi Yuri Xaçaturovun  rotasiya qaydası ilə baş katib seçilməsi,  rəsmi Kremlin bir başa vasitəsilə həyata keçirildi. Bir neçə ay davam edən boşluqdan sonra indi baş katibliyin Ermənistana verilməsi, regionda artan Rusiyanın aqressiyasının tərkib hissəsidir.  Rusiya hazırda Ermənistana yenidən silahlar ötürməkdədir. Bura PUA qarşı silahlar da əlavə olunub. Görünən odur ki, Rusiya və Ermənistan Azərbaycanın inkişaf edən hərbi arsenalından narahatdır. Qeyd edim ki, Ermənistanın KTMT baş katibliyi Qarabağ münaqişəsinə aidiyyətı yoxdur."-deyə politoloq Məhəmməd Əsədullazadə Miq.Az-a açıqlamasında bildirdi.   

 Daha sonra politoloq qeyd etdi ki, müharibə baş verərsə belə, bu Azərbaycanın öz ərazilərində əməliyyatları olacaq.  KTMT -də Qazaxıstan və Belarusun prinsipial mövqeyi, Azərbaycana qarşı hər hansı anti-mövqeyin qarşısın alacaq. Vurğulamaq lazımdır ki, KTMT ciddi bir beynəlxalq qrum deyil. Bu, Ermənistan və Rusiyanın hərbi paktıdır. Ermənistan bu təşkilatı Azərbaycana qarşı yönləndirə bilməz.  Onsuz da Rusiya Ermənistanda hərbi bazaya malikdir. Vaxtaşırı Qarabağda Ermənistan ordusuna təlimlər keçirir.  Qırğızıstan və Tacikistan Azərbaycana qarşı hələ ki, neytral mövqedə olsa da, Belarusiya ilə Qazaxıstan Azərbaycan tərəfində olduğunu heçaxt gizlətmir...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az