Rusiya Misirə desant çıxardı

Rusiya Misirə desant çıxardı

Rusiya öz desant qüvvələrini Misirə göndərib.
 
Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.
 
Bu qüvvələr oktyabrın 26-na qədər Misirdə baş tutacaq "Dostluğun müdafiəçiləri – 2016” hərbi təlimində iştirak edəcək.
 
Qeyd edək ki, bu, Rusiya Hərbi Desant Qüvvələrinin Misirdə baş tutan ilk hərbi təlimidir.
 
Bundan öncə Rusiya mətbuatı Moskvanın Misirdə yeni hərbi baza yaratmaq istədiyi haqqında informasiya yayıb. Yeni bazanın keçmiş SSRİ obyektlərinin əsasında yaradılması nəzərdə tutulur. Kreml bu bazanı 2019-cu ilə qədər təhvil vermək istəyir./Axar.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az