Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağladı

Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağladı

Rusiya sülhməramlıları son 24 saat ərzində Qarabağda daha bir müşahidə məntəqəsini bağlayıb.
Miq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

"Qarabağda silahlı birləşmələrin tərk-silah edilməsi və buraxılması ilə əlaqədar sutka ərzində Rusiya Sülhməramlı Qüvvələrinin Əsgəran rayonu ərazisində daha bir müşahidə məntəqəsi bağlanıb”, - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı informasiya bülletenində bildirilib.

Müdafiə Nazirliyindən əlavə edilib ki, sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Qarabağ ərazisində ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb./Oxu.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az