Rusiya və Qərb Qarabağa görə yaxınlaşır
Hadisələrin gedişatı göstərir ki, Ukrayna və Baltikyanı problemlərindən fərqli olaraq Rusiya və Qərbin mövqeyi bu və ya digər şəkildə Yaxın Şərq məsələsində getdikcə yaxınlaşır.
Bu haqda Axar.az-a politoloq İlqar Vəlizadə açıqlama verib. Onun sözlərinə görə, hazırda elə bir məqam yetişib ki, Qarabağ məsələsində əsas iştirakçı Rusiya olsa da, Qərbin proseslərə münasibətindən də çox şey asılıdır:
"Rusiya və Qərb belə bir vəziyyətdə regionda öz maraqlarını təmin etmək istəyir. Hadisələrin gedişatı göstərir ki, Ukrayna və Baltikyanı problemlərindən fərqli olaraq, Rusiya və Qərbin mövqeyi bu və ya digər şəkildə Yaxın Şərq məsələsində getdikcə yaxınlaşır. Eyni prosesi Qarabağ münaqişəsində də müşahidə etmək olar. Ancaq Ermənistan indi də Rusiya və Qərb arasındakı gərginlikdən istifadə edərək öz xeyrini güdməyə çalışır. İrəvan bu durumdan maraqları naminə istifadə etməkdən heç vaxt çəkinməyib. Qarabağ problemi ilə bağlı konkret irəliləyişlər ola bilər, lakin vəziyyət təkcə Rusiya, Qərb və Azərbaycandan asılı olmayacaq. Ermənistan güclü təzyiq yolu ilə ortaq məxrəcə gətirilərsə, qarşıda Qarabağ prosesinin gedişatında maraqlı hadisələr baş verə bilər”.
Miq.az