Rusiya yenidən Azərbaycana qarşı - Video

Rusiya  yenidən Azərbaycana qarşı - Video
Rusiyanın "Birinci kanalı” yenidən Azərbaycana qarşı qara piara başlayıb.
 
Miq.az Axar.az-a istinadən  xəbər verir ki, rus televiziyası Azərbaycana qarşı tutduğu sərt mövqeyini bu dəfə "Politika” verlişində nümayiş etdirib. Azərbaycanı Türkiyə ilə əməkdaşlıqda və Qarabağda əməliyyatlara başlamaqda günahlandıran jurnalist və ekspertlər müxtəlif yollarla İrəvanın mövqeyini müdafiə etməyə çalışıblar. Hətta ekspertlərdən bəziləri guya Dağlıq Qarabağın kürd ərazisi olduğunu da bildirib.
 
Verilişdə Azərbaycan və Türkiyənin mövqeyini jurnalist Fuad Abbasov müdafiə edib. Onun Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediyi sözlər aparıcının etirazına səbəb olub. O, Fuad Abbasova "Siz əgər Azərbaycanı müdafiə edirsinizsə, biz sizi eşitmək istəmirik” deyib. Azərbaycana qarşı xüsusilə sərt mövqe nümayiş etdirənlər sırasında aparıcı Pyotr Tolstoy, ekspert Sergey Kurqinyan, Semyon Baqdasarov və deputat Konstantin Zatulin olublar.
 
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı təxribata başladığı və sərt şəkildə cəzalandığı 2 apreldən bu yana Rusiya KİV-i Azərbaycan əleyhinə heç bir sədd tanımadan, açıq-aşkar anti-təbliğat aparıb.
 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az