Vətəninfo.az xəbər verir ki, Rusiya Futbol Federasiyasının prezidenti Nikolay Tolstix Milli komandanın oyunçularına və texniki heyətə Braziliyada təşkil olunan Dünya Kubokunda göstərdiyi zəif nəticəyə görə pul verilməyəcəyini bildirib. Axar.az xəbər verir ki, mətbuata bu barədə açıqlama verən Nikolay Tolstix Milli komandanın Dünya Kuboku çərçivəsində göstərdiyi oyuna və baş məşqçı Fabio Kapellonun fəaliyyətinə münasibət bildirib. Onun sözlərinə görə, komanda çox pis nəticə göstərib: “Nə futbolçular, nə də texniki heyət heç biri mükafat almayacaq. Ancaq bu cəza Milli komandanın digər heyətinə şamil edilmir”.
İtalyan mütəxəssis Fabio Kapellonun komandadan gedib-getməyəcəyinə aydınlıq gətirən federasiya prezidenti “Müqavilədə bu maddə var. Amma biz təzminat düşünmürük. Daha çox analiz etməyi fikirləşirik. Ümid edirəm ki, analizdə yalnız qapıçının gözünə tutulan lazer işığı və hakim səhvləri ortaya çıxacaq. Texniki heyətin hazırladığı hesabatı gözləmək lazım olacaq”, - deyə münasibət bildirib.
Qeyd edək ki, rus mətbuatında yer alan xəbərlərə görə, Fabio Kapellonu baş məşqçi vəzifəsindən azad etmək Rusiya Futbol Federasiyasına 32 milyon avroya başa gələ bilər. Xatırladaq ki, Dünya Kubokunun H qrupunda yer alan Rusiya yığması, Belçikaya 1-0 məğlub, Cənubi Koreya və Əlcəzair ilə 1-1 heç-heçə oynayaraq mundiala vida etmişdi.
Vətəninfo.az
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi” - Aqil Abbas
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi