Rusiyadan Qarabağ bəyanatı-Atəşkəs sazişi müddətsizdir
1994 və 1995-ci illərdə Qarabağda atəşkəsə dair əldə olunan sazişlər müddətsizdir.
Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, 1994 və 1995-ci illərdə Dağlıq Qarabağda atəşkəsə dair əldə olunan sazişlər müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir.
Rusiyanın münaqişə üzrə qəti mövqeyi də bu bəyanatda öz əksini tapıb: "Rusiya tərəfi Dağlıq Qarabağda vəziyyətin inkişafı kontekstində 1994 ildə imzalanmış atəşkəs sazişi və onun inkişafı üçün 1995-ci ildə qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəsin möhkəmləndirilməsi haqqında sazişin müddətsiz xarakter daşıması və münaqişə zonasında əvvəlki kimi sülhün əsasını təşkil etməsi mövqeyindən çıxış edir”.
Miq.az