Rusiyanın 7 hava hədəfi vurulub - Ukrayna MN

Rusiyanın 7 hava hədəfi vurulub - Ukrayna MN

Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri son sutkada Rusiyanın 7 hava hədəfini məhv edib.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun 1 təyyarə, 4 PUA və 2 qanadlı raketi vurulub.

"Ukrayna ordusunun hücum aviasiyası düşmənin texnika və canlı qüvvəsinə dağıdıcı zərbə endirib. Ukrayna Silahlı Qüvvələri müdafiə qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək bütün istiqamətlərdə işğalçıya layiqli cavab verir. Düşmənin təchizat karvanlarının dağıdılması da davam edir”, - məlumatda qeyd olunub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az