“Rusiyanın bu istəyinə müsbət baxa bilərik” – Zelenskidən kritik mesaj

“Rusiyanın bu istəyinə müsbət baxa bilərik” – Zelenskidən kritik mesaj

Rusiya və Ukrayna arasında keçiriləcək danışıqlara saatlar qalmış Prezident Vladimir Zelenski diqqətçəkən açıqlama verib.

Miq.Az xəbər verir ki, Zelenski Moskvanın Ukraynadan uzun müddətdir tələb etdiyi NATO-ya üzv olmama istəyinə müsbət baxa biləcəyini bildirib.

Rusiyalı jurnalistlərə rus dilində müsahibə verən Zelenski deyib:

"Təhlükəsizlik zəmanəti, neytrallıq və ölkəmizin nüvəsiz statusu - biz bunlara hazırıq. Amma ən əsası müharibəni Rusiyanın başlatmasıdır”.

Zelenski həmçinin vurğulayıb ki, onun məqsədi müharibəni mümkün qədər tez bitirmək və Rusiya qüvvələrinin işğal etdiyi ərazilərdən çıxarılmasını təmin etməkdir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az