Rusiyanın ikinci cəbhə açacağı vaxt bilindi

Rusiyanın ikinci cəbhə açacağı vaxt bilindi
Rusiya hərbçiləri gələn həftə Suriyada yerləşən İŞİD mövqelərinə zərbə endirəcək.

 Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə informasiyanı "Novaya qazeta” yayıb.
Hələlik Rusiya hərbi qüvvələri hücumla bağlı sonuncu məsləhətləşmələri aparır:
"Hazırda dünya böyük dəyişikliklər ərəfəsindədir. Rusiyanın Suriyada tətbiq edəcəyi ssenari Ukraynanın şərqindəki situasiyaya bənzəyəcək. Hər şey Putinin BMT-nin Baş Assambleyasında çıxışından sonra həyata keçiriləcək. Hazırda ordu aviasiyanın raket zərbələrini, Suriya hərbçilərinin müasir müharibə vasitələrindən istifadə edərək yerüstü əməliyyatlar keçirməsini və sairə metodları nəzərdən keçirir”.
Qeyd edək ki, keçən həftə Rusiya Xarici Kəşfiyyat Xidməti ilə Mərkəzi Kəşfiyyat İdarəsi nümayəndələri arasında görüş olmuşdu. Tərəflərin İŞİD məsələsi ilə bağlı razılaşdığı bildirilmişdi. Bunun ardınca dünən İsrail Baş naziri Benyamin Netanyahu Rusiyaya səfər etmişdi. Ən maraqlı məqam isə onu bu səfərdə ölkənin Baş Qərargah rəisi və hərbi kəşfiyyat rəisinin müşayiət etməsi idi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az