Rusiyanın reytinqi "zibil"dən bir pillə yuxarıdır

Rusiyanın reytinqi "zibil"dən bir pillə yuxarıdır

Beynəlxalq Kredit Dərəcələndirmə Təşkilatı “Fitch Ratings” Rusyanın dərəcəsini aşağı saldı

Vətəninfo.az xəbər verir ki, Beynəlxalq Kredit Dərəcələndirmə Təşkilatı “Fitch Ratings” Rusyanın uzun müddətli yerli və xarici valyuta növündən kredit dərəcləndirməsini "BBB"dən "BBB-"yə düşürüb dərəcələndirmə qiymətini isə “Mənfi” olaraq qeyd edib.

BKDT-dan (Fitch) tərəfindən verilən məlumatda dərəcələndirmənin aşağı düşürülməsində ən vacib amil kimi Rusiyanın iqtisadi vəziyyəti, nefitin və rus rubulunun cidid bir şəkildə məzənnəsinin düşməsi lə əlaqələndirib.
 
İlk olaraq 2014-cü ilin mart ayından başlayaraq Avropa ölkələri tərəfindən Rusiyaya qarşı tədbiq edilən embarqoların, Rusiyanın banklarına və rus şirkətlərinin xarici sərmayənin cəlbinə qadağaların tədbiqi ilə iqtisadiyyat üzərindəki təyziqlərərin davam etdiyi qeyd edilən açıqlamada daha sonr bu fikirlər yer alır:

"2014-cü ildə sadəcə olaraq yüzdə 0.6 faiz böyüyən Rusiya iqtisadiyyatının,2015-ci ildə yüzdə 4 fazi kiçilməsi gözləyirik. Rusiyada iqtisadi inkişaf 2017-ci ilə kimi davam etməyə bilər. Neftin qiymətinin aşağı düşməsi ilə əldə olunan mənfəətin azalması, göstərdi ki, neftin qiymətinə görə formalaşdırılan iqtisadiyyat vardır. Təxminlərimzə görə, 2015-ci ildə neftin qiyməti dünya bazrında 70 dollardan yuxarı olmayacaq. Bu rəqəm 2014-cü ilnin ikinci yarısında nefitin qiymətindən, yəni 100 dollardan aşağı bir rəqəmdi. Əgər dünya bzarından neftin qiyməti 70 dollardan da aşağı düşərsə, Rusiya iqtisadiyyatı çökməklə bərabər, eyni zamanda bunun dövlət üzərindəki ağırlığı ciddi şəkildə özünü göstərə bilər”.
 
Təşkilatın açıqlamasında daha sonra vurğulanır ki, rus rubulunun dəyərdən düşməsi, Rusiyanın pul siyasətindəki addımların bazarda rubulun mənəznnəsini qoruya bilməməsi ilə nəticələnməklə yanaşı, eyni zamnda bu vəziyyət rus baklarının gəlir proqnozlarını alt üst edərək, onlarda şok effekt yaratmış oldu. Rusiyanın beynəlxalq banklardakı valyuta ehtiyatlarında da ciddi azalma mövcuddur.  Beynəlxalq Kredit Dərəcələndirmə Təşkilatı “Fitch Ratings” açıqlamanın sonunda Rusiyaya üstüörtülü mesajda verib və bu mesajda qeyd edilir ki, əgər Rusiya Beynəlxalq aləmlə normal münasibətlər içərisində olarsa,o zaman rusiya banklarına xarici yatırımlr axar, bütövlükdə ticarət əlaqələri yenidən qaydasına düşər.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az