Rusiyanın Suriyadakı aviabazasına hücum edilib
Rusiyanın Suriyada yerləşən Xmeymim hərbi hava bazasına pilotsuz uçuş aparatları tərəfindən hücum olunub. Pilotsuz təyyarələr bir neçə dəfə Xmeimim və Suriyanın Hama hərbi bazasına göndərilib.
Miq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hərbi hava qüvvələrinə olunan hücumlar dəf edilib. Hadisə İsrail təyyarələrinin Dəməşqin ətrafındakı hədəflərə hücumundan sonra meydana gəlib.
Mətbuata verilən məlumata əsasən dronların Livan hava məkanında olduğu və İsrail tərəfindən atəşə tutulduğu bildirilib.
Günay Arifqızı