Ruslar İrəvanda Ukraynaya təcavüzün dayandırılmasını, Putinin həbsini tələb edəcək...

Ruslar İrəvanda Ukraynaya təcavüzün dayandırılmasını, Putinin həbsini tələb edəcək...

Bu gün -avqustun 24-də Ukraynada Dövlət Müstəqilliyi günü keçirilən bir vaxtda Ermənistan paytaxtında  daha bir anti-Rusiya toplantısı planlaşdırılır.

Moderator.az xəbər verir ki, bu haqda səhər saatlarında "Hraparak" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, bəzi mənbələrə görə, aksiyanın əsil təşkilatçıları  Rusiya Federasiyasının bir təşkilatda birləşmiş vətəndaşlarıdır. Və konkret olaraq yürüş haqqında ərizəni meriyaya Yuri Alekseyev adlı Rusiya vətəndaşı təqdim edıb.  
 
Yürüş formasında olacaq aksiyanın saat 18:00-da İrəvanın Azadlıq meydanı-Şimal prospekti-Abovyan-Vazgen Sarkisyan-Beyrut küçələri-Rusiya meydanı marşrutu üzrə keçirilməsi planlaşdırılır.  Daha sonra etirazçılar Rusiya meydanına və meriyanın qarşısına toplaşaraq aksiyanın başa çatdırılması planlaşdırılan Rusiyanın Ermənistandakı səfirliyinə doğru yürüş edəcəklər.
 
"Görüşün məqsədi İrəvan sakinlərinin diqqətini Rusiya prezidentinin anti-xalq və işğalçı siyasətinə cəlb etmək və Ukraynaya qarşı təcavüzün dayandırılmasını, Putinin həbsini və siyasi məhbusların azad edilməsini tələb etməkdir”-  Ermənistan nəşrinin verdiyi məlumatda belə deyilir.
 
 Xatırladaq ki, Moderator.az-ın öncə xəbər verdiyi kimi, iyulun 31-də Ermənistanın  Gümrü şəhərində keçirilən Ukraynadakı müharibə əleyhinə pasifist yürüşdə 20-dən çox Rusiya vətəndaşı iştirak edib. Və Putin rejimi əleyhinə şüarlar səsləndirilən həmin aksiyanın da  əsas təşkilatçılarından biri Yuri Alekseyev adlı Rusiya vətəndaşı olub...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az