Ruslar şərqdə Ukrayna qüvvələrini mühasirəyə almağa çalışır - ABŞ
Bayden administrasiyası Rusiya qüvvələrinin Ukraynanın şərqində Ukrayna qüvvələrini mühasirəyə almağa və məğlub etməyə çalışacağını proqnozlaşdırır.
Miq.Az xəbər verir ki, bunu CNN-ə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
Onun sözlərinə görə, Suriyada kimyəvi silahdan istifadə ilə tanınan general Aleksandr Dvornikovun ordu komandanı təyin olunması heç nəyi dəyişməyəcək: "Yüksək rütbədə qərargahın və ya rəhbərliyin dəyişməsi bunun strateji əhəmiyyət daşıması faktını aradan qaldırmır. Rusiya Prezidenti Vladimir Putinin strateji uğursuzluğunu komandanlığın dəyişməsi ilə aradan qaldırmaq mümkün deyil”.
Psaki qeyd edib ki, ABŞ Rusiya ordusunun Suriyadakı vəhşiliklərində Dvornikovun oynadığı rolu yaxşı bilir: "ABŞ inanır ki, Ukraynada da eyni şeyi etməyə çalışacaq. Biz Ukraynada gördüyümüz vəhşiliklərin davamının olacağını gözləyirik. Ancaq yenə də işlər prezident Putinin planlaşdırdığı kimi getmədi və kadr dəyişikliyinin bunu düzəldəcəyini də gözləmirik”.
Ağ Ev rəsmisinin fikrincə, Bayden administrasiyası düşünür ki, Rusiya qüvvələrinin Ukraynanın şərqində Ukrayna qüvvələrini mühasirəyə almağa və məğlub etməyə çalışır: "Kiyev və ətraf əraziləri ələ keçirmək üçün uğursuz cəhdlərdən sonra ölkə daxilində raket zərbələri endirməyə davam edir. Biz münaqişənin bu mərhələsinin uzun müddət davam edəcəyini gözləyirik və Rusiyanın öz taktikasını düzəldəcəyi və onu daha az qəddarlıqla edəcəyi ilə bağlı heç bir illüziyaya qapılmamalıyıq. Ukraynadakı rus ordusunun rəhbərliyindəki dəyişikliklər, şübhəsiz ki, gördüyümüz vəhşiliklərin davamını əks etdirir”.
Miq.Az