Ruslar Ukraynanı belə parçalamaq istəyir - Plan ortaya çıxdı

Ruslar Ukraynanı belə parçalamaq istəyir - Plan ortaya çıxdı

Rusiya Odessa və Dneperi tam ələ keçirmək məqsədi ilə hücuma hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kapitanı Harri Tabah deyib.

Zabit əlavə edib ki, Rusiya gözlənilməz, məntiqsiz hərəkət edir və onların hərəkətlərini izah etmək mümkün deyil.

Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı işğala hazırlıq dövründə olduğundan qat-qat səriştəli hərəkət edir.

"İndi mənə və həm ukraynalı, həm də amerikalı hərbçi yoldaşlarımın dediklərinin əlamətlərindən aydın olur ki, Rusiya Dnepr və Odessaya güclü zərbə endirməklə Ukraynanı parçalamaq istədiyini nümayiş etdirir. İndi Silahlı Qüvvələriniz də buna hazırlaşır”, - zabit deyib.

Əlavə edib ki, rusların yenidən qruplaşmaq və bir növ ordu yaratmaq, onu təşkil tmək üçün çox az vaxtı var:

"Ukraynalıların da vaxtı azdır. İndi hər saat, hər dəqiqə, saniyə ukraynalıların və hərbçilərin həyatı deməkdir".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az