Rüstəm İbrahimbəyov Rusiyada danışıqlara başladı

Rüstəm İbrahimbəyov Rusiyada danışıqlara başladı

“Hazırda Rusiya paytaxtında olan Rüstəm İbrahimbəyov indi də Rəsul Quliyevin bu ölkənin hakimiyyət dairələri ilə əlaqələrini qurmaq üçün danışıqlar aparır”.

Bu barədə “Azadinform” Moskvadakı mənbələrə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Kremlə yaxın düşmək üçün imkanlarının tükəndiyini görən R.Quliyev son variant kimi uzun müddət Rusiyada yaşamış və bu ölkənin mədəni elitasında müəyyən əlaqələri qalmış R.İbrahimbəyovdan istifadə etməyə çalışır. R.İbrahimbəyov görüşdüyü şəxslərə R.Quliyevi Moskvaya sədaqətli adam kimi təqdim edir və onun istənilən şərtlər altında əməkdaşlığa hazır olduğunu bildirir.

Mənbənin sözlərinə görə, Azərbaycanın mədəni həyatından təcrid olunmuş və siyasi proseslərə qoşulmaqla özünü tam iflasa uğratmış R.İbrahimbəyov R.Quliyevlə əməkdaşlığı yeni biznes layihəsi kimi qiymətləndirir. Belə ki, onun öz xidmətlərini heç də təmənnasız göstərmədiyi deyilir. Bu iddianı təsdiq edən fakt kimi R.İbrahimbəyovun Moskvada bəzi işgüzar şəxslərdən pul yığaraq Bakıda Şəhidlər Xiyabanını yaxınlığında əyləncə mərkəzi yaratmaq cəhdləri göstərilir.

Mənbə onu da bildirir ki, RATİ layihəsinin iflasa uğraması, orada təmsil olunan imkanlı şəxslərin R.İbrahimbəyovu özlərindən uzaqlaşdırması onu ağır duruma salıb. Artıq vəziyyət o həddə çatıb ki, Azərbaycanda siyasi fəaliyyətini cəmiyyətin maraqları və xalqa olan sevgisi ilə əlaqələndirməyə çalışan R.İbrahimbəyov Rusiyanın bəzi dairələrinin istənilən anti-Azərbaycan ssenarili layihəsində yer tutmaqdan belə çəkinmir.

Xatırladaq ki, bir müddət əvvəl ölkə mətbuatında R.Quliyevin Moskvaya səfər etdiyi və Prezident V.Putinlə görüşmək üçün çalışdığı, lakin bütün cəhdlərinin nəticəsiz qaldığı barədə məlumat verilmişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az