Binaya görə illik daşınmaz əmlak vergisi 167,689 dollar ödənilib
Azərbaycanın bu günədək ABŞ-da aldığı ən böyük daşınmaz əmlak Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsusdur. Şirkətin prezidenti Rövnəq Abdullayev bu yaxınlarda verdiyi müsahibədə ABŞ paytaxtı Vaşinqtonda belə bir bina aldıqlarını təsdiq etmişdi.
1319 18-ci küçə Şimal-Qərb ünvanında yerləşən bina 2012-ci il oktyabr 9-da 12 milyon dollara alınıb. Bina dünya boyu demokratiyanı önə çəkən Freedom House qərargahı ilə üzbəüz yerləşir.
Binanın habelə 14 avtomobillik dayanacağı var. 2010-cu ildə binaya görə illik daşınmaz əmlak vergisi 167,689 dollar ödənilib. Binanın vergisi ödənilən istifadə ərazisi 2158 kvadrat metr təşkil edir.
Bina Vaşinqtonun tarixi rayonlarından sayılan Dupond Dairəsində yerləşir. Dairə ABŞ-ın vətəndaş müharibəsi dövrü məşhur admirallarından Samuel Fransis Du Pondun adını daşıyır. Burada çoxsaylı səfirliklər və dünyanın tanınmış şirkətlərinin baş ofisləri yerləşir. Rayon habelə yerli sakinlərin sevimli istirahət yerlərindəndir.
Hazırda binada təmir işləri gedir və ehtimal ki, təmir işlərini türklərin sahibi olduğu şirkətlərdən biri həyata keçirir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Vaşinqton ofisi olmamışdan əvvəl bu binada “heldref” nəşriyyat evi fəaliyyət göstərib.
Amerikanın səsi
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.