Rövşən Lənkəranskinin dəfnində...Müəmmalı HELİKOPTER

Rövşən Lənkəranskinin dəfnində...Müəmmalı HELİKOPTER

Rövşən Lənkəranskinin dəfn mərasimində Lənkəran səmalarında müəmmalı qara rəngli helikopter peyda olub

Avqustun 18-də Türkiyədə güllələnərək öldürülən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin dəfn mərasimində Lənkəran səmalarında müəmmalı qara rəngli helikopter peyda olub.

Miq.Az xəbər verir ki, səmada görünən helikopter havada dövrə vuraraq, bir müddət dəfn mərasiminin keçirildiyi ərazinin üstündə dayanıb.

Helikopterin görünməsindən sonra insanlar arasında Lənkəraniskinin yaşadığına və dəfn zamanı görünən helikopterdə olduğuna dair şayiələr yayılıb. 

Sonradan bu şayiələr doğru çıxmayıb və Lənkəraniskinin yaşadığına dair yayılan məlumatlar təkzib olunub.

Lakin bu günə qədər Lənkəran ictimaiyyəti üçün Rövşən Lənkəranskinin dəfnində səmada qara rəngli helikopterin peyda olması müəmma olaraq qalır.
[video=http:// ]



Amil Ağayev

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az