Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu"
Odessa qubernatoru Nəsirovu korrupsiyada ittiham edib.
Odessa qubernatoru Mixail Saakaşvili və Odessa gömrüyünün rəhbəri Yuliya Maruşevskaya Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri azərbaycanlı Roman Nəsirovu ittiham ediblər.
Miq.az Ans press-ə istinadən bildirir ki, onlar Nəsirovu Odessa gömrüyündə bütün korrupsiyaya qarşı layihələri dayandırmaqda günahlandırırlar.
Onlar Dövlət Fiskal Xidmətinin rəhbərinə öz iradlarını baş nazir Vladimir Qroysmanın iştirakıyla keçirilən müşavirə zamanı bildiriblər.
Müşavirədə Ukrayna Ali Radasının deputatı, parlamentin Vergi və gömrük siyasəti komitəsinin sədri, əslən azərbaycanlı olan Nəsirov da iştirak edib.
"Mən Gürcüstan prezidenti olan zaman belə insanlar həbsxanada otururdular”, - deyə Nəsirovu göstərərək Saakaşvili bildirib. Qroysmana müraciət edərək, Saakaşvili "sizə onsuz da onu oturtmaq lazım olacaq", - deyə bildirib.
Yuliya Maruşevskaya və Saakaşvili
Nəsirov ötən ilin mayında Ukraynanın Dövlət Maliyyə Xidmətinin sədri vəzifəsinə təyin olunub. Roman Mikayıl oğlu Nəsirov 1979-cu il martın 3-də Kiyevdə anadan olub.
Roman Nəsirov
Atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman Nəsirov orta məktəbi Kiyevdə bitirdikdən sonra əvvəlcə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsində, daha sonra isə Şərqi London Universitetində (University of East London, STM) maliyyə və beynəlxalq menecment ixtisası üzrə təhsil alıb. Uzun müddət bank sektorunda fəaliyyət göstərib.
Miq.az