Saakaşvili Putinin xanım düşməninə vəzifə verdi

Saakaşvili Putinin xanım düşməninə vəzifə verdi
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili rusiyalı müxalif siyasətçi və ictimai xadim Mariya Qaydarı özünə müavin təyin edib.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Mariya Qaydar Saakaşvilinin sosial məsələlər üzrə işlərinə baxacaq.
Saakaşvili Prezident Pyotr Poroşenkonun yaxın vaxtlarda məsələ ilə bağlı sərəncam imzalayacağını bildirib.
Qeyd edək ki, 33 yaşlı Mariya Qaydar eyni zamanda "Exo Moskvı” radiosunun əməkdaşıdır. O, Rusiya müxalifətinin öndə gedən simalarından biridir.
Axar.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az