Saakaşvilinin nümayəndəsi Azərbaycanlılarla görüşdən qaçdı

Saakaşvilinin nümayəndəsi Azərbaycanlılarla görüşdən qaçdı

Əsəd Əliyev: Gürcüstanın iqtidar partiyasının seçkiqabağı konstruktiv danışıqlardan çəkindiyi aydın oldu.

M.Saakaşvilinin partiyasının yüksəkvəzifəli nümayəndələri Borçalıları yenidən aldatmağa, seçkiqabağı ucuz yalan ilə ələ almağa çalışır.

“Vətəninfo.az”ın məlumatına görə,bunu KİV nümayəndələrinə Gürcüstan Türkləri Konfederasiyasının (GTK) vitse-prezidenti Əsəd Əliyev deyib. O qeyd edib ki, aparılan birbaşa danışıqlara və razılaşmaya baxmayaraq prezident M.Sakaşvilinin rəhbərlik etdiyi, iqtidar partiyası olan Vahid Milli Hərakatın yüksəkvəzifəli nümayəndələri Gürcüstan Türkləri Konfederasiyası ilə türk əhalisinin və Borçalının problemləri ilə bağlı açıq müzakirələrdən qaçdı. Biz Vahid Milli Hərakatın liderlerindən Mixail Maçavariani və həmin partiyanın Borçalı (Kvemo kartli) üzrə koordinatoru Georgi Xorgilaya ilə görüşdük və Marneulidə,  Gürcüstanda yaşayan azərbaycan türklərini təmsil edən 20 ictimai təşkilat və QHT ilə Vahid Milli Hərakatın görüşünü razılaşdırdıq. Lakin bunlar yalan danışdılar. Bizimlə görüşdən çəkindilər və görüşə gəlməyəyrək bizi aldatdılar. Ən azından bu iqtidar partiyasının Borçalı əhalisinə qarşı nəvbəti saymamazlığı idi. Aydın oldu ki, M.Saakaşvilinin partiyasının yüksəkvəzifəli nümayəndələri Borçalıları yenidən aldatmağa, seçkiqabağı ucuz yalan ilə ələ almağa çalışır. Bunlar çox ciddi məsələlərdir. Biz görüşdə əsəs problemləri qaldırmağı planlaşdırırdıq. Hökümət isə bundan qorxdu. Artıq gizli deyil ki, Gürcüstanın iqtidar partiyasının seçkiqabağı konstruktiv danışıqlardan çəkindiyi aydın oldu.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az