Növbəti tutulma sentyabrın 28-də baş verəcək
Sabah Yer sakinləri “Qanlı Ay tutulması”-nın şahidi olacaq. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən məlumatına görə, Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, Ay tutulması zamanı Ay Yerin kölgəsinə şimal hissədən girəcək. Tutulma saat 15:17-də başlayacaq, 17:02-də maksimum olacaq, 18:45-də isə başa çatacaq. 3 saat 28 dəqiqə ərzində davam edəcək bu təbiət hadisəsini Asiya, Avstraliya Sakit okean və Amerikadan müşahidə etmək mümkün olacaq. Ay tutulması hadisəsi Azərbaycandan müşahidə edilməyəcək. Qeyd edək ki, tünd qırmızı tonlar hava mühiti amili olan Releyin yayılması nəticəsində yaranır, həmçinin qürubun qırmızımtıl rənginə səbəb olur. Tutulma zamanı Ayın boyandığı tünd qırmızı rənginə görə bəzən onu “qanlı” adlandırırlar. Bildirilib ki, bu il iki dəfə Günəş, iki dəfə Ay tutulması baş verəcək. İlk Günəş tutulması martın 20-də qeydə alınıb. Növbəti Günəş tutulması sentyabrın 13-nə, ilk Ay tutulması aprelin 4-nə, növbəti Ay tutulması isə sentyabrın 28-nə təsadüf edəcək.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?