Sabahın hava xəbəri
Rayonlarda gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir
Sabah Bakıda 33 dərəcə isti olacaq. Bu barədə Vətəninfo.az-a
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Bürodan
bildirilib ki, iyulun 23-də hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.
Sabah
Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,
lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı,
qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı
yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.
Abşeron
çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 23-24, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25,
Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.