Sabiq nazir və Bəxtiyar Vahabzadənin oğlu Əli İnsanovla yollarını ayırdılar –İSTEFA

Sabiq nazir və Bəxtiyar Vahabzadənin oğlu Əli İnsanovla yollarını ayırdılar –İSTEFA

Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun müavinləri olan İsfəndiyar Vahabzadə və Qüdrət Qulu partiyadan istefa veriblər.

Azpost.info bildirir ki, onlar qərarlarını açıqlayıblar.

"Mən HƏP-i tərk etdim”-deyə Q.Qulu bəyan edib. Q.Qulu bundan sonra heç siyasi mənsubiyyəti olmayacağını bildirib.

İstefaya səbəb HƏP-in hakimiyyəti dəstəkləməklə bağlı qərarı ilə razılaşmadıqları olub.

İsfəndiyar Vahabzadə xalq şairi Bəxtiyar Vahabzadənin oğludur. Müxtəlif ölkələrdə Azərbaycanın səfiri olub. Qüdrət Quliyev isə 1995-97 -cı illərdə xarici iqtisadi əlaqələr naziri işləyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az