“Veteninfo.az”ın verdiyi xəbərə görə, DAK həmsədri Sabir Rüstəmxanlının DAK İdarə heyətinin üzvü, qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimliyə qarşı qaldırdığı məhkəmə iddiasına 3 oktyabr 2012-ci ildə saat 15.00 da Apelliyasiya məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, DAK-ın birləşməsindən dolayı bas verən çəkişmələrdən Sabir Rüstəmxanlı DAK-ın birləşməsini istəyən şəxsləri 03 avqust 2011-ci ildə keçirdiyi mətbuat konfransında İran və Rusiyanın adamları olduqlarını bildirib. Buna qarşılıq olaraq 05 avqust 2011-ci ildə Səftər Rəhimli “Gündəlik Bakı” qəzetinə verdiyi müsahibədə ”Sabir Rüstəmxanlı öz adını başqalarına qoyur”.Atalarda bele bir misal var deyir “Adımı senə qoydum sənidə yana–yana qoydum” deyə bildirərək “ Əslində Sabir Rüstəmxanlının vaxtiylə rus “KQB”si ilə məcaralarından hər kəs danışır” deyə ifadə edib. Ona görə də Sabir Rüstəmxanlı 11 avqust 2011-ci ildə Səftər Rəhimlini məhkəməyə verərək Az.Res CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını və cəzalandırılmasını tələb edib. Onu da bildirək ki, 2 dəfə Binəqədi rayon məhkəməsi Sabir Rustəmxanlının iddialarını əsassız hesab edərək işi ləğv edib. Sabir Rüstəmxanlı verilən qərardan razlaşmamış və Apelliyasiya şikayəti vermişdir. Sonda Apelliyasaiya məhkəməsi qərar çıxararaq yenidən baxılmaq üçün işi Binəqədi rayon məhkəməsinə geri göndərilmişdir.Binəqədi rayon məhkəməside işi ləğv etmişdir.Sabir Rüstəmxanlı sonradan Yasamal rayon məhkəməsinə şikayət etse de hakim işi yene de leğv etmişdir
Belə ki, 3 Rayon məhkəmələrində və Apelliyasiya məhkəməsində dəfələrlə işə baxılmış və Sabir Rüstəmxanlının iddiaları əsassız hesab edilmişdir.
İndi isə Sabir Rüstəmxanlı işə Apelliyasiya Məhkəməsində baxılması üçün yenidən şikayət ərizəsiylə müraciət etmişdir.