Şahramanyan Bakıdan bunu xahiş etdi - Hraparak

Şahramanyan Bakıdan bunu xahiş etdi - Hraparak
Yevlaxda keçirilən görüşdən sonra separatçıbaşı Samvel Şahramanyanın Qarabağdakı qondarma rejiminin üzvləri Azərbaycan nümayəndələri ilə fəal təmasdadırlar.

Bu barədə "Hraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, görüş zamanı azərbaycanlılar bir daha özlərinin prioritet tələblərindən birinə təkid ediblər: Qarabağın "hakimiyyəti” "dövlət strukturlarının və qurumlarının” ləğvini elan etməli, Xankəndidəki bütün dövlət qurumlarının binalarında Azərbaycan bayrağı asılmalı, bundan sonra inteqrasiya başlamalıdır.

Qeyd olunur ki, Şahramanyan Azərbaycanın mərkəzi hakimiyyətindən Xankəndiyə girişi təxirə salmağı xahiş edib:

"Bildirib ki, şəhərdə artıq təsvirolunmaz çaxnaşma hökm sürür. Qarabağı tərk etmək istəyənlərə humanitar dəhliz veriləcəyi ilə bağlı razılıq əldə olunub”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az