Şair Balayar Sadiq insult keçirib, nitqində problem yaranıb

Şair Balayar Sadiq insult keçirib, nitqində problem yaranıb

"Vətəndaş Əliyev Balayar Sadiqoğlu huşsuz vəziyyətdə 22.10.2023-cü il tarixində Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində Kliniki Tibbi Mərkəzə gətirilib”.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, o, Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra kompüter tomoqrafiyası edilib:

"Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb. Hazırda o reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az