Salyanda total yoxlamalara start verildi

Salyanda total yoxlamalara start verildi

İCRA BAŞÇISI DÜŞDÜYÜ DURUMDAN ÇIXA BİLMƏSİ ÜÇÜN YOLLLAR ARAYIR

 Hazırki postunu ölkənin sabiq baş hərbi komissraından devr alan Salyanın icra başçısı Tahir Kərimovun başı qaldadır. Bu barədə yayılan məlumatlarda deyilir ki, onun barəsində cinayət işi başlanılıb. Bildirək ki, bu xəbərlər, ayrı-ayrı informasiya portallarında da yer alıb. Redaksiyamıza  məlumat verən etibarlı mənbənin iddiasına görə, dünəndən etibarən rayonda Bakıdan gəlmiş xüsusi komissiyanın üzvləri total yoxlamalara başlayıb. 

Mənbə bildirib ki, Salyanda bütün idarə və müəssisələri yoxlayan komissiya üzvləri artıq icra başçısını şoka salıblar. Belə ki, ortaya çıxan dəhşətli yeyinti faktlarının üzə çıxmasından əndişə keçirən Kərimov vəziyyətdən çıxmaq üçün yollar axtarır. Hətta o da deyilir ki, idarə rəhbərləri baş verənlərdən qorxuya düşərək, rayondan qaçmağa başlayıblar. Onlardan bəzilərinin artıq xaricdə olduğuna dair məlumatlar belə var. 

Tahir Kərimov isə vəziyyətdən çıxmaq üçün Bakıdan gələn komissiya üzvləri ilə dil tapmağa çalışır. Mənbə bildirir ki, bu məqsədlə İcra Hakimiyyətinin binasındakı otaqlardan birini xalası oğlu Kamrana verib. Kamranın isə vəzifəsi Bakıdan gələnləri bu otaqda qəbul edib, onlarla danışıqlar aparmaqdır. Mənbənin sözlərinə görə, həmin görüşdə əsasən pul söhbətləri aparılır. Lakin komissiya üzvlərinin təklif olunan puldan imtina etdiyi deyilir. 

Mənbə iddia edir ki, Tahir Kərimova cinayət işinin açılmasının dəqiq səbəbləri bilinmir. Yalnız bəlli olan odur ki, icra başçısı böyük yeyintilərə yol verib. Amma bu yoxlamanın və yaranmış vəziyyətin əsas səbəbi kimi, keçən ilin 11 iyulunda «Azər-Ross İK» MTK-nın rəhbəri Əflatun Piriyevin qətlə yetirilməsidir. 

Bildirək ki, baş vermiş cinayətdən sonra DİN əməliyyat keçirərək, şirkət rəhbərini qətlə yetirən Tofiq Bəkirovu və bu qətli sifariş etmiş Hümbət Məmmədovu yaxalamışdı. Nazirliyin məlumatında vurğulanırdı ki, Ə.Piriyevi qətlə yetirmək üçün sifariş verən H.Məmmədov T.Bağırova 36 min dollar pul ödəyib. H.Məmmədov isə Salyanın icra başçısı Tahiri Kərimovun şəriki olub.

Verilən məlumatlardan aydın olur ki, Tahir Kərimov artıq Bakıdadır və o, baş verənlərlə bağlı “yuxarıdakı” himayədarlarından dəstək almağa çalışır.

Bütün tərəfləri dinləməyə hazırıq. Bisi izləməkdə davam edin...

DİA.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az