Salyanın icra başçısı Eldar Mahmudov cəncəlindən necə qurtuldu? - Təfərrüat

Salyanın icra başçısı Eldar Mahmudov cəncəlindən necə qurtuldu? - Təfərrüat

Sabiq MTN şefi Eldar Mahmudovla əlaqələri olan icra başçılarının qara siyahıya düşdüyünü xəbər vermişdik

Bu günlərdə Ulus.Az-a sosial şəbəkələrdə yayılmış məlumatlardan aydın olub ki, Salyanın icra hakimi Sevindik Hətəmovun da eks-nazirlə işbirliyi varmış.

Hətta icra başçısı E.Mahmudovun nazir olduğu dövrdə Bakının rayonlarından birinə icra başçısı getmək istəyib.

Ancaq hadisələrin inkişaf nöqtəsi fələyin çarxını çevirib və S.Hətəmovun arzusu ürəyində qalıb. 

Muradına çata bilməyən Hətəmov bir müddət sonra öz himayədarı sayəsində Yardımlıdan Salyana icra başçısı gedib. 

Elə saytlarda bu haqda məlumat gedib ki, Salyanın yeni icra başçısının Bakıdakı rayonlardan birinə icra başçısı gəlmək planı alınmadı.

Çünki MTN ətrafında baş verən olaylar təkcə bu nazirlikdə çalışanları deyil, onlara yardımçı olmuş və ya onlarla əlbir olmuş şəxslərin də karyerasının üzərindən xətt çəkib. 

Bu barədə 7news.az yazıb ki, icra başçısı sabiq MTN şefi Eldar Mahmudovla əlaqə quraraq, onun himayəsinə daxil olmağa hazır olduğunu bildirib. Və bu xahişi də nəzərə alınıb və Mahmudov onu himayəsinə alıb. 

Sayt bildirir ki, Sevindik Hətəmov Eldar Mahmudovla bununla bağlı iki saat təkbətək görüşüb və bir sıra danışıqlar aparıb. Böyük ehtimalla bu danışıqlar «biət» məsələsi üzərində qurulub və nəticə əldə olunub. 

Ulus.Az xəbər verir ki, Mahmudov bandasının ifşası Hətəmovu qorxuya salıb və onunla əlaqələrini ört-basdır etməyə çalışıb. 

Ancaq canını bəladan qurtarmış icra başçısı biznesini də qorumağa müvəffəq olub. Onun nəzarətində olan Bəhruz MMC, Deman MMC, Savalan 2008 MMC, Səbuhi MMC, Naxis MMC və s. firmaları var.

Salyanın icra başçısı Sevindik Hətəmov Güzdəkdə daş karxana biznesini genişləndirir. Hazırda onun Qaradağ rayonu ərazisində 10 daş karxanası və üzlük daş istehsal edən bir neçə sexi var. 

Bundan əlavə, Salyan rayonu ərazisində 4 balıqçılıq gölünü onların sahiblərindən zorla alaraq özünə məxsuslaşdırıb. 

Hətəmov Ağcəbədi rayonu ərazisində Laçın rayonuna aid qış yatağında 250 baş iri-buynuzlu və 1400 baş xırda-buynuzlu heyvandan ibarət böyük bir ferma yaradıb.

Həmin heyvandarlıq fermasına sahibkarı kimi qayınatası Cənnət kişinin adına rəsmiləşdirib. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az