“Sanksiyalar geri qayıda bilər”

“Sanksiyalar geri qayıda bilər”
ABŞ prezidenti Barak Obama bəyan edib ki, "altılar”la İranın nüvə proqramı ilə bağlı danışıqlar nəticəsində ləğv olunan sanksiyalar Tehran əldə olunan razılaşmanın şərtlərinə tam əməl etməsə yenidən qaytarılacaq.  Vətəninfo.az məlumat verir ki,  Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Obama qeyd edib ki, İranla razılaşma sayəsində regionda nüvə silahının yayılması dayandırılıb.
ABŞ prezidenti xatırladıb ki, İranın nüvə silahı əldə etməsinə doğru gedən istənilən yolu bağlanacaq və Tehran nüvə silahı istehsalı üçün yüksək zənginləşdirilmiş uran və pluton istehsal etməyəcək.  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az