Xərclərin artımının gəlir artımını az qala iki dəfəyədək üstələməsi əməliyyat zərərini "şişirdib”. Burada qeyri-faiz gəlirlərinin 810 min manatdan 664 min manata düşməsi də əhəmiyyətli rol oynayıb.
Onu da qeyd edək ki, 2017-ci ili 1 milyona yaxın, daha dəqiq desək, 725 min manat ziyanla başa vuran "TuranBank”, 2018-ci ildə cəmi 70 min manat xalis mənfəət əldə edə bilib. Bu da onu göstərir ki, bank əvvəlki illərdə uğradığı zərərləri qapatmaqda ciddi çətinlik çəkir.
Onu da xatırladaq ki, bir müddət öncə "Marja” "TuranBank”ın bağlanan bankların yolu ilə gedərək yüksək faizlə əmanət cəlb etdiyinə dair məlumat yaymışdı. "Bu bankda əmanət faizləri əsasən 16-18,5% intervalındadır ki, (hazırda bu rəqəm 12,5-12,9 faizə endirilib- red.) bu faiz dərəcələri ilə yerləşdirilən əmanətlər sığortalanmır.
Bankın saytında yer alan məlumata görə, "TuranBank” "Sirlər Xəzinəsi” kampaniyası çərçivəsində 6 növ əmanət təqdim edir…
Bankın yüksək faizlə əmanət cəlb etməsi vəsaitə ehtiyacının olduğuna və risklərə işarə edir. Əgər "Turan Bank” "Kapital Bank” qədər dayanıqlı və etibarlıdırsa 8%-lə əmanət cəlb etsin. Maliyyə dünyasında qəbul olunmuş qaydaya görə, yüksək gəlirlilik faizi risklərə işarədir” – deyə məlumatda bildirilmişdi.
Qeyd edək ki, sözügüdən bankın sahibi kimi təqdim olunan Məmməd Musayev ayamasından da göründüyü kimi, bank sektorunda kifayət qədər tanınan və birmənalı qarşılanmayan fiqurdur.
Ancaq bununla yanaşı M.Musayev eyni zamanda "Aqrarkredit” Səhmdar Kredit Təşkilatının sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının Sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü kimi vəzifələr daşıyır.