Sarkisyanın istefası tələb olunur

Sarkisyanın istefası tələb olunur

Ermənistanda "Nairit Zavodu" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları İrəvanda prezidentin iqamətgahı qarşısında növbəti dəfə etiraz aksiyası keçiriblər.

Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, kimya kombinatı kimi tanınan müəssisənin keçmiş əməkdaşları əmək haqqı borcunu ödəməyi tələb edərək, Serj Sarkisyanın oturduğu iqamətgaha doğru irəliləyib, onun istefasını tələb ediblər. Onlar bir sıra etiraz şüarları da səsləndiriblər.
"Nairit Zavodu" QSC-nin keçmiş mətbuat katibi Anuş Artünyanın bildirdiyi kimi, iştirakçılar Prezident Administrasiyası qarşısından Milli Məclisə doğru gedib, oradan isə hökumətin binası qarşısında toplaşaraq aksiyanı yekunlaşdırıblar.
O deyib ki, biz hansısa dəyişikliklərə ümid edərək, hər gün yığışırıq. Ancaq görünən odur ki, hələlik heç bir xəbər yoxdur. Belə olan halda aksiyalar davam etdiriləcək. Nə qədər ki, bizim maaşlarımız ödənməyəcək aksiyalarımızı keçirəcəyik. Növbəti kütləvi aksiyamız mayın 7-də saat 11:00-da olacaq.
Ümumiyyətlə, bu il fevralın 6-da "Nairit Zavodu" Qapalı Səhmdar Cəmiyyətinin 1700 əməkdaşı heç bir əsas olmadan işdən çıxarılıb. Aprelin 28-də zavodun əməkdaşları əmək haqqını almadıqları üçün etiraz aksiyalarına başlayıblar.
Mayın 2-də İrəvanda etirazçılara polis divan tutub. Buna səbəb isə aksiya iştirakçılarının prezident Serj Sarkisyanın keyfinə soğan doğraması, onun Opera və Balet Tetrı binasında təşkil olunan konsertə rahat baxmasına mane yaratması olub. Serj bundan qəzəblənib aksiya iştirakçılarına güc tətbiq edilməsi, onları iti qovan kimi qovmaq barədə göstərişi verib.
Beləliklə, görünüən odur ki, Ermənistanda vəziyyət qarışıqdır. Sosial-iqtisadi vəziyyət o qədər pisləşib ki, əhalinin canı boğazına yığılıb və prezident Serj Sarkisyanın, eləcə də onun quldur rejiminin istefa verməsi tələbi gündəmə gəlib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az