Şəbnəmin DODAĞI DƏYƏN fincan 590 manata SATILDI
Şəbnəmin fincanı 590 manata satıldı
Müğənni Şəbnəm Tovuzlunun fincanı internet-auksionda 590 manata satılıb. Miq.Az xəbər verir ki, bu barədə ATV.az məlumat yayıb.
Bildirilib ki, əvvəlcə üzərində müğənninin dodaqlarının izi qalmış fincan fanatlarından biri tərəfindən satışa çıxarılarkən ona 15 manat ilkin qiymət qoyulub.
Gözlənilmədən fincan uğrunda gərgin mübarizə başlayıb və nəticədə adının çəkilməsini istəməyən şəxs onu 590 manata əldə edib. Bu şəxsin evli olduğu və ticarət sistemində çalışdığı bildirilir.
Miq.Az