Şəhid kapitanın qızı hər kəsi göz yaşına boğdu - VİDEO

Şəhid kapitanın qızı hər kəsi göz yaşına boğdu - VİDEO

Dünən İmişli rayonunun Göbəktala kəndində şəhid kapitan Nəcməddin Akif oğlu Savalanov son mənzilə yola salınıb. 

Miq.az xəbər verir  ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə kapitan Savalanov Nəcməddin Akif oğlu sağlığında "igidliyə görə" medalı ilə təltif olunmuşdu. 

Şəhid kapitan Savalanov Nəcməddin aprelin 2-də Lələ Təpə yüksəkliyini düşməndən azad olunması əməliyyatında yaralanmışdı. Mayın 8-i  isə Bakı Hərbi Hospitalında vəfat edib.

Dəfn mərasimində şəhid kapitanın azyaşlı qızının atasının nəşi önündə bayraq haqda şeir söyləməsi Nəcməddin Savalanovu son mənzilə uğurlayanları göz yaşlarına boğub... 
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az