Şəhid məzarı üstə qandonduran məktub - Foto

Şəhid məzarı üstə qandonduran məktub - Foto

Aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olan Müşfiq Orucovun naməlum sevgilisi onun məzarı üstünə məktub qoyub.
 
Şəhid məzarını ziyarət edən insanlar qəbir üstə tər güllər, onun yanında isə saqqız və məktub görüblər. Heç kəsin tanımadığı gənc qızın yazdığı və qəbir üstə qoyduğu məktub ziyarətə gələnləri duyğulandırıb.
 
Məktubda heç vaxt canlı olaraq görüşməyən, sosial şəbəkədən bir-birlərinə mehir salan iki gəncin nakam taleyi əks olunub:
 
"Müşü, bax gəlmişəm. Deyirdin, səni görmək istəyirəm. Gəldim. Yadındamı, söz vermişdin ki, nə vaxt görüşsək, saqqız alacaqsan mənə. Sənə almaq qismət olmadı, bax, mən aldım sənə. Darıxıram səninçün. Səsin, gülüşün getmir qulaqlarımdan. Səni heç vaxt unutmayacam! Həmişə gecə yuxusuzluqdan şikayət edərdin. İndi rahat yat, Müşüm. Sənsizlik ağır idi, amma bilirdim ki, yaşayırsan. İndi daha ağır gəlir sənsizlik, indi daha ağırdı... Məkanın cənnət olsun, Müşü. Qəlbimdə əbədi yaşayacaqsan.
 
Tanımadığın tanışın...”
 
Qeyd edək ki, ailənin tək övladı olan Müşfiq Orucov Azərbaycan Texniki Universitetinə ən yüksək balla - 700 bal toplayaraq daxil olmuşdu./Axar.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az