Şəhid oğluna hökm oxundu- ölümlə nəticələnən qəza törədib

Şəhid oğluna hökm oxundu- ölümlə nəticələnən qəza törədib

Qəza törədən şəhid oğluna hökm oxunub.

 Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən Abdullayev Orxan Xusaməddin oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror O.Abdullayevin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror O.Abdullayevin iki azyaşlı övladının olmasını, atasının Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmasının yüngülləşdirici hal kimi nəzərə alınmasını istəyib.

Hadisə ötən il avqust ayının 24-də Xaçmaz rayonu ərazisində baş verib.

O.Abdullayev etibarnamə olmadan "Daewoo Nexia" marklı 10 RL 160 dövlət nöbrə nişanlı avtomobillə əqza törədib. Belə ki, o, sükan arxasında yuxulayaraq idarəetməni itirib və avtomobili aşırıb. Maşında olan sərnişin 1970-ci il təvəllüdlü İlqar Ələkbərov hadisə yerində ölüb.

İttiham aktına əsasən, O.Abdullayev sükan arxasında olan zaman içkili olub və hadisə yerindən qaçıb.

Məhkəmənin hökmündə qeyd edilir ki, O.Abdullayevin hadisə yerindən qaçması sübuta yetirilməyib və bu ittihamla ona bəraət verilib.

Sərxoş vəziyyətdə qəza törətməklə ölümə səbəb olan O.Abdullayev hökmə əsasən 5 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan O.Abdullayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, O.Abdullayevin atası Xusaməddin Abdullayev Qarabağ döyüşlərində şəhid olub. Onun məzarı Şəhidlər Xiyabanındadır./Musavat.com/

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az